DSMF-də 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib
27 may 2011 18:19 (UTC +04:00)

DSMF-də 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan danışıb.

Səlim Müslümov deyib ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində ikinci dəfə müstəqilliyinə qovuşan ölkəmiz dövlətçiliyini qoruyub, Prezident İlham Əliyevin siyasəti ilə dünyada nüfuzlu bir dövlət kimi mövqeyini daha da möhkəmləndirib. DSMF sədri bildirib ki, bu gün hər bir azərbaycanlı müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar