“Səkkiz nəfər prezidentin şəxsi təşəbbüsü əsasında əfv olunub” – MÜSAHİBƏ
27 may 2011 16:55 (UTC +04:00)

“Səkkiz nəfər prezidentin şəxsi təşəbbüsü əsasında əfv olunub” – MÜSAHİBƏ

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümü münasibəti ilə əfv sərəncamı imzalayıb.


APA-nın məlumatına görə, Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov əfv sərəncamı ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.


- Əfv sərəncamı barədə nə deyə bilərsiniz?

- Azərbaycan prezidenti cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi humanizm ənənələrinin davam etdirərək növbəti əfv sərəncamı imzalayıb. Ümumilikdə əfv sərəncamı 90 nəfərə şamil olunub. Onlardan 70 şəxsin azadlıqdan məhrumetmə cəzasından, 10 şəxsin azadlığın məhdudlaşdırılması cəzasından, 2 şəxsin islah işləri cəzasından və 6 şəxsin cərimədən azad olunması, 2 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldılması nəzərdə tutulur. Əfv edilənlər sırasında 8 nəfər digər dövlətlərin vətəndaşları da var.


- Siyahı tərtib olunarkən müraciətlər nəzərə alınmışdırmı?

- Əfv Komissiyasında 300 nəfər barədə müraciətə baxılıb, məhkumların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onların səhhətləri, ailə vəziyyətləri, cəza çəkdikləri müddətdə islah olunmaları nəzərə alınaraq yalnız 82 nəfər əfvə tövsiyə edilib. Xüsusi qeyd etmək istərdim ki, 8 nəfər Komissiya tərəfindən müzakirə olunmadan cənab prezidentin şəxsi təşəbbüsü əsasında əfv olunub.


Bunlar ABŞ səfirliyinin binası ətrafında tikililərin sökülməsi ilə əlaqədar ödənilməli olan kompensasiyaları mənimsədiyinə görə məhkum edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin sabiq birinci müavini Eldəniz Lahıcov, Əli İnsanovun cinayət işi ilə əlaqədar korrupsiya əməllərinə görə məhkum edilmiş Fəxrəddin Abbasov, Pərviz Kazımov, Akif Məhərrəmov, Anar Namazov, Eldar Rzayev, hakimiyyət və qulluq mövqeyindən sui-istifadə edərək cinayət əməlləri törətmiş Bakı şəhər Nizami rayonu 23-cü Polis Bölməsinin sabiq rəisi Müşfiq Mədətov, “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin sabiq təsisçisi və baş redaktoru Eynulla Fətullayevdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar