Fuad Ələsgərov: “Siyasi məhbus” ifadəsinə vahid yanaşma olmalıdır”
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Siyasi məhbus” anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti” mövzusunda keçirilən konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, problem ondan ibarətdir ki, “siyasi məhbus” ifadəsinin hamı tərəfindən tanınan tərifi mövcud deyil: “Bu baxımdan “siyasi məhbus” anlayışının vahid tərifinin qəbul olunması üzrə seminar mühüm əhəmiyyətə malikdir. Problemin aradan qaldırılmasında Avropa təsisatlarının mühüm rolu var. Avropa təsisatlarında qəbul olunmuş standartlar nəinki bu regionda tətbiq olunur, başqa yerlərdə də bu standartlara istinad edilir”.
F. Ələsgərov deyib ki, ümumi maraq doğuran məsələlərə dair vahid yanaşma qəbul olunmalıdır: “Bu yanaşma insan hüquqlarının müdafiəsi ilə sıx bağlıdır. Ona görə də “siyasi məhbus” ifadəsi də həmin kontekstdə müəyyən olunmalıdır”.

441