ABŞ-ın Azərbaycandakı səfiri əfv fərmanını alqışladı
26 may 2011 22:27 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri əfv fərmanını alqışladı

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycan dövlət başçısının əfv fərmanı imzalamasını və Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb.

APA-nın verdiyi xəbərə görə, Brayza jurnalistlərə bildirib ki, bu “son dərəcə gözəl və pozitiv xəbərdir”.

O deyib ki, bunun baş verməsi üçün uzun müddət xeyli sayda insan çalışıb. ABŞ diplomatının sözlərinə görə, bu addım Azərbaycanda islahatların dərinləşməsinin göstəricisidir.

“Eurovision- 2012” mahnı müsabiqəsinə hazırlıqların başlamasına bundan yaxşı başlanğıc düşünmək olmaz”- Brayza deyib.

Onun fikrincə, Fətullayevin əfv olunması Azərbaycanda islahatların yeni erasının başlamasından xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar