Nazir müavini: “Avropa İttifaqı razılıq verdikdən sonra bu istiqamətdə danışıqlara başlayacağıq”
25 may 2011 12:10 (UTC +04:00)

Nazir müavini: “Avropa İttifaqı razılıq verdikdən sonra bu istiqamətdə danışıqlara başlayacağıq”

APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini
Mahmud Məmmədquliyev bildirib. Nazir müavini bu məsələdə əsas məqsədin insanların bir-biri ilə əlaqələrinin mobilliyinin təmin edilməsi olduğunu deyib: “Avropa İttifaqı razılıq verdikdən sonra bu istiqamətdə danışıqlara başlayacağıq”.


M. Məmmədquliyev deyib ki, iyunun ortalarında Aİ-Azərbaycan Əməkdaşlığı Komitəsi çərçivəsində təhsil və səhiyyə sahəsində yeni yaradılan 4-cü alt komitənin 1-ci iclasının Bakıda keçiriləcəyi gözlənilir.

Nazir müavini Aİ-Azərbaycan Əməkdaşlığı Komitəsinin növbəti iclasının isə sentyabrda Baklıda keçiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar