Parlamentin yaz sessiyası mayın 31-də bitəcək
Azərbaycan Milli Məclisinin 2011-ci il yaz sessiyası çərçivəsində may ayının 31-dək iki iclası keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
İclaslar mayın 27-də və 31-də olacaq. A. Təvəkküloğlunun sözlərinə görə, mayın 31-dəki iclas Nizamnaməyə uyğun olaraq parlamentin yaz sessiyasının son iclasıdır. Əlavə məsələlər olarsa, iyun ayında növbədənkənar iclasların keçirilə biləcəyini istsina etməyən parlament sözçüsü hələ ki, gündəlikdə belə məsələnin olmadığını vurğulayıb.
Son iki iclasın gündəliyinə 9 məsələ daxildir. Millət vəkilləri bu iclaslarda «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında», «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında», «Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında» qanunlara dəyişikliklər haqqında qanun layihələrini, «Yol hərəkəti haqqında» qanuna, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosesual Məcəlləyə,
Cinayət Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə dəyişiklikləri müzakirə edəcək.
Parlament son iclasda, həmçinin Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycanda hüquqi statusu haqqında Sazişi təsdiq edəcək.

427