“Ordumuz 2012-ci ilin sonunda iri çaplı döyüş sursatları ilə tam təchiz edəcək”
Bu barədə APA-ya eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Y. Camalovun sözlərinə görə, hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5.45 mm çaplı güllələrdən 30 mm-ə qədər, o cümlədən minaatanlar və qumbaraatanlar üçün bütün döyüş sursatları istehsal olunur.
«Bu ildən 85 mm-dən 155 mm qədər döyüş sursatlarının istehsalının qurulması layihəsinə başlamışıq. 2012-ci ilin sonundan ordunu həmin döyüş sursatları ilə tam təmin edəcəyik», - deyə nazir vurğulayıb.
Nazir bu il rəhbərlik etdiyi qurumun 18 milyon ABŞ dolları həcmində ixracat planlaşdırdığını deyib.
Qeyd edək ki, ötən illə müqayisədə MSN-in güc strukturlarından aldığı sifarişlərin həcmi 6 dəfə artıb.

466