BDU-da Atatürk anıldı
Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, bayram Atatürkün 1919-cu il mayın 19-da silahdaşları ilə birlikdə Samsun səfərinə, yadelli işğalçılara qarşı müqavimət hərəkatına başçılıq etməsinə həsr olunub.
Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səslənib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu günü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından danışan Abel Məhərrəmov deyib ki, dünyada 10-a yaxın dövlətin, o cümlədən Azərbaycan və Türkiyənin ümummilli lideri var. Bir millət olaraq iki böyük dövlət xadimi və xilaskarla hər zaman fəxr edəcəyik. Akademik eyni zamanda, türk dünyasının parlaq gələcəyinə inandığını söyləyib, gəncləri vətənpərvərliyə, birliyə, bütün Türk dünyasına layiqli övlad olmağa səsləyib.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc ölkəsinin tarixindən, inkişaf mərhələlərindən, regionda nüfuzundan, dünya siyasətinə təsirindən, beynəlxalq təşkilatlarla işbirliyindən, onun səlahiyyətli qurumlarında təmsilçiliyindən bəhs edib. Tədbirdə səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu da çıxış edib.
Tədbirdə maraqlı konsert proqramı da nümayiş olunub.

595