Lukaşenko: “Azərbaycan bizi xilas edib”
19 may 2011 16:50 (UTC +04:00)

Lukaşenko: “Azərbaycan bizi xilas edib”

Belarus prezidenti Aleksandr Lukaşenko ağır anlarda verdiyi dəstəyə görə Azərbaycana minnətdar olduğunu bildirib. APA-nın məlumatına görə, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu qəbul edən Belarus prezidenti bildirib ki, ölkələrimiz arasında münasibətlərin əsasını mehriban dostluq hissləri təşkil edir: “Sizi qəbul etməyə bilməzdim. Siz bizə çox kömək etdiniz. Bizim müstəqilliyimiz və suverenliyimiz bu gün enerji daşıyıcılarından, xammal və materiallardan çox asılıdır, iqtisadiyyatımız belədir. Və siz bizə kömək oldunuz, ötən il də həmçinin. Biz bu gün yüksək keyfiyyətli Azərbaycan neftini emal edirik. Venesuela kimi siz də bizim müstəqilliyimizi müdafiə və xilas etdiniz. Buna görə sizə səmimi qəlbdən minnətdarıq. Münasibətlərimizdə qapalı heç nə yoxdur. Azərbaycanla münasibətlərimizə dair o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında nə deyirlərsə, desinlər, siz çətin anda bizə arxa olmusunuz, biz buna xeyirxahlıqla cavab verməyə borcluyuq. Prezident İlham Əliyevə çatdırın ki, Bakıya səfərim zamanı əldə olunan razılaşmalara sadiq qalacağıq. Biz sizə azarkeşlik edirik. İqtisadiyyatınızdakı inkişafdan başlayaraq, “Eurovision”da iştirakınıza qədər. Azərbaycanın “Eurovision”da qələbəsi ölkənizin yüksən mədəniyyətə malik olmasının nümunəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar