Qəbələ RLS-in icarə müddətinin artırılması ilə bağlı danışıqlar başlayır
Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında Qəbələ Radiolokasiya Stansiyasının (RLS) 2012-ci ilin yanvar ayından sonra icarə müddətinin artırılmasına dair görüşün keçirilməsi gözlənilir. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Rusiya və Azərbaycan Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqlarda tərəflər 2012-ci ilin yanvar ayında icarə müddətinin başa çatması ilə əlaqədar yeni müqavilənin hazırlanmasını və orada əksini tapacaq yeni müddəaları müzakirə edəcəklər.
«Azərbaycan yeni müqavilənin hazırlanmasını istəyir. Bakının bununla bağlı bir sıra təklifləri də var», - deyən mənbənin sözlərinə görə, bu təkliflər sırasında icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması istiqamətində Rusiyanın əlavə yardımlar göstərməsi, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən, rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi və s. məsələlər var.
Mənbə onu da qeyd edib ki, Azərbaycan hökuməti 2010-cu ilin avqust ayında RLS-in 1997-ci ilə qədər yığılan elektrik enerjisinə görə yaranmış borcunu silib. Görüşlərdə həmin borcun Rusiya tərəfindən ödənilməsi məsələsinin qaldırılması da nəzərdə tutulur.
Bu ilin sonuna qədər hazırlanacaq yeni saziş layihəsi ratifikasiya üçün Milli Məclisə göndəriləcək. Yeni müqavilənin 2012-ci ilin mart ayından qüvvəyə minməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib.

520