Prezident İlham Əliyev Ağcabədidə “Qarabağ şikəstəsi” və “Sarı gəlin”i dinləyib - YENİLƏNİB
06 may 2011 16:45 (UTC +04:00)

Prezident İlham Əliyev Ağcabədidə “Qarabağ şikəstəsi” və “Sarı gəlin”i dinləyib - YENİLƏNİB

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, 1,7 hektar ərazisi olan parkda yerləşən Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrında inşa olunub.

Ümumi sahəsi 830 kvadratmetr olan mərkəzdə hər biri 155 yerlik qış və yay zalları fəaliyyət göstərir. Dövlət başçısı dahi bəstəkar Üzeyir Hacıbəylinin mərkəzin binası önündə ucaldılmış büstünün önünə gül dəstəsi qoyub, sonra büstün ətrafında dahi bəstəkarın məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun” əsərlərini təcəssüm etdirən epizodik lövhələrlə tanış olub. O, binanın foyesində Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xalqımızın milli-mədəni dəyərləri içərisində özünəməxsus yeri olan muğamımızın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşəyə baxıb. Burada Azərbaycanın tanınmış muğam ustadlarının, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən müxtəlif muğam müsabiqələrinin qaliblərinin şəkilləri də nümayiş olunur.
Prezident İlham Əliyev məktəbin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”ni dinləyib. Dövləti başçısı mərkəzdə yaradılmış şəraitdən razı qalıb.

Sonra Prezident İlham Əliyev şəhərin Heydər Əliyev prospektində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilən Yaqub Məmmədov adına rayon mədəniyyət evi ilə tanış olub. Dövlət başçısı şəhərin incəsənət məktəbi şagirdlərinin ifasında “Sarı gəlin” mahnısını dinləyib.

Mayın 6-da Azərbaycan Prezidenti Ağcabədi şəhərində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar