Azərbaycan Prezidenti İmişli rayonuna səfər edib
05 may 2011 19:42 (UTC +04:00)

Azərbaycan Prezidenti İmişli rayonuna səfər edib

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Heydər Əliyevin İmişli şəhərinin mərkəzindəki mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Dövlət başçısı görülmüş işlərdən razı qaldığını bildirib.

Prezident İlham Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanıb. Yolun istifadəyə verilməsi həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini də iki dəfə azaldıb.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar