Sergey İvanov: “Rusiya Xəzərin milli sektorlarına bölünməsinin əleyhinədir”
Lent.az-ın “rbc.ru” saytına istinadən verdiyi məlumata görə, belə bəyanatla bu gün Rusiya baş nazirinin müavini Sergey İvanov hökumət yanında Dəniz Kollegiyasının yığıncağında çıxış edib.
Sergey İvanov deyib ki, Rusiya Xəzər dənizini unikal materikdaxili su hövzəsi hesab edir: “Rusiya Xəzərin milli sektorlara bölünməsinə qarşıdır, çünki bu, su hövzəsindən qənaətlə istifadə ilə bağlı 70 illik təcrübəyə kökündən baxmağı tələb edir. Xəzərin resursları, xüsusilə bioresurslar bölünməzdir və onların qorunması bütün Xəzəryanı dövlətlər tərəfindən koordinasiyalı və razılaşdırılmış siyasət həyata keçirilməsini tələb edir”.
Rusiya baş nazirinin müavini iddia edib ki, Xəzəryanı ölkələr dəniz idarəçiliyində təhlükəsizliyin təmini, təbii resurslardan istifadə və ekologiyanın qorunması, qəza zamanı neft məhsullarının dənizin şelfinə yayılmasının qarşısının alınması sahəsində ümumi problemlərlə üzləşirlər.

500