Müsavatın şikayəti təmin olunmadı
Müsavat Partiyasının vəkili Yalçın İmanovun Lent.az-a verdiyi məlumata görə, məhkəmə onların şikayətini təmin etməyib və Səbayel rayon məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar verib.
Qeyd edək ki, Müsavat Partiyası şikayətdə Səbayel Rayon Məhkəməsinin qərarının ləğv edilməsi və aprelin 26-da qərargahdakı axtarış zamanı götürülən sənədlərin geri qaytarılması, həmçinin şikayətçi Müsavat Partiyasının İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi və ailə həyatına hörmət) və 11-ci (yığıncaqlar və birləşmək azadlığı) maddələrində göstərilən hüquqlarının pozulmasının tanınması tələb edilirdi.
Onu da bildirək ki, Səbayel Rayon Məhkəməsi aprelin 26-da Müsavat Partiyasının yerləşdiyi 2 nömrəli Evtikmə Kombinatını inzibati binasında yerləşən mənzil-qərargahında axtarış və götürülmə hərəkətləri aparılması üçün qərar çıxarmışdı.
Anar GƏRAYLI

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29