Deputatlarımız Almaniyaya gedirlər
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Eldar Quliyev, parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov mayın 2-də Berlinə səfər edəcəklər. Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyətinin üzvləri Almaniyanın Qidalanma, kənd təsərrüfatı və istehlakçıların hüquqlarının qorunması üzrə Federal Nazirliyində, Alman Kooperasiya və Rayffayzen Konfederasiyasında bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdən məqsəd əsası orta əsrlərdə qoyulmuş Avropa kooperativ hərəkatının öncüllərindən olan Almaniyanın bu sahədəki təcrübəsini öyrənmək, ölkənin kooperasiya sisteminin qanunvericilik bazası ilə yaxından tanış olmaqdır. Səfər zamanı deputatlarımız Almaniyanın Saksoniya əyalətində olacaq, buradakı kənd təsərrüfatı kooperativlərinin əldə etdikləri nailiyyətlərlə maraqlanacaqlar. Nümayəndə heyətinin üzvləri Leypsiq şəhərində keçiriləcək “AGRA-2011” sərgisini də ziyarət edəcəklər.
Səfər mayın 8-də başa çatacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29