Mitinq məsələsi İctimai Palatanı qarışdırdı
“Mayın 15-də mitinq keçirməklə bağlı təklif Müsavat Partiyası rayon və şəhər təşkilatları şurasının iclasında yekdilliklə qəbul olunmuşdu. Hətta bəzi üzvlər mitinqin mayın 15-dən də tez keçirilməsini istəyirdi.
Bu gün İctimai Palatanın iclasında mayın 15-nə mitinq təyin olunması ilə bağlı səsləndirdiyim təklif Müsavat rayon və şəhər təşkilatları şurasının da təklifi hesab oluna bilər. Ancaq təəssüflər olsun ki, mayın 15-də mitinq təyin olunması ilə bağlı təklif İctimai Palatanın sessiyasında qəbul olunmadı”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli deyib.
O, təklifinin qəbul olunmamasına görə AXCP funksionerlərini günahlandırıb: “Sessiyada AXCP-dən olan funksionerlərin, o cümlədən Fuad Qəhrəmanlı və Nurəddin Məmmədlinin mitinqin əleyhinə açıq çıxışları oldu. Təklifimin keçməməsi iki gün əvvəl “Lent.az” saytında AXCP-nin Rəyasət Heyəti ilə bağlı yazılan xəbərin doğru olduğunu göstərdi. Saytda yazılmışdı ki, AXCP Rəyasət Heyəti mitinqlərin keçirilməsi ilə bağlı qərarların əleyhinə səs verəcək, bununla bağlı müvafiq qərar qəbul edilib. Düzdür, Fuad Qəhrəmanlı sonradan mətbuata açıqlamasında bu xəbəri təkzib etdi və dedi ki, AXCP mitinqlərə daha yaxşı hazırlaşmaq haqqında qərar verib. Amma İctimai Palatanın bugünkü sessiyası onu göstərdi ki, əslində saytın xəbəri doğru imiş, yəni, həqiqətən də AXCP Rəyasət Heyətində mitinqin əleyhinə səs verməklə bağlı qərar qəbul olunubmuş.
M. Hacıbəylinin sözlərinə görə, İctimai Palatanın bugünkü sessiyasında mayın 15-nə mitinq təyin olunması ilə bağlı təklifin əleyhinə AXCP-dən olan şəxslər səs veriblər: “Ancaq biz hesab edirik ki, mübarizə davam etdirilməlidir. Biz mübarizəyə başlayanda hər şeyin yağ kimi gedəcəyinə, kimsənin həbs olunmayacağına hazırlaşmırdıq. Mən nə üçün mayın 15-ni təklif edirdim və bunu necə əsaslandırırdım? Birincisi 2 və 17 aprel mitinqlərindən sonra ictimaiyyət bizdən növbəti aksiyanın nə vaxt olacağını soruşurdu. Bu gün növbəti mitinqin vaxtının təyin olunmaması cəmiyyətdə İctimai Palatanın, müxalifətin geri çəkilməsi rəyini formalaşdıracaq. Bu isə İctimai Palataya ciddi zərbədir. 2 və 17 aprel mitinqlərindən sonra beynəlxalq qurumlar da bir növ Azərbaycanla bağlı hərəkətə keçmişdi, tələblər irəli sürmüşdü, 20 səfir müxalifət liderləri ilə görüşmüşdü. Bu, məhz həmin aksiyaların nəticəsi idi. Bizim mübarizəni dayandırmağımız isə Azərbaycana beynəlxalq diqqəti də azaldacaq. Çox təəssüflər olsun ki, bu gün mitinqlə bağlı qərar verilmədi. Ümid edirəm ki, İctimai Palatanın bugünkü səhv qərarı növbəti mərhələdə bizə az zərbə vuracaq. Təəssüf ki, AXCP Rəyasət Heyətinin qərarının İctimai Palatanın bugünkü sessiyasında mitinqlə bağlı yekun qərarına ciddi təsiri oldu”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya deyib ki, M. Hacıbəyli məsələni şərh edərkən ciddi yanlışlığa və qeyri-etikliyə yol verib: “İctimai Palatanın üzvləri qurumun qərarlarına hörmətlə yanaşsalar, daha doğru olar. Qərar qəbul olunarkən, müzakirələr aparılıbsa, sonradan həmin qərarlara qarşı əks kampaniya aparmaq, siyasi etika baxımdan o qədər də doğru olmayan davranışdır”. F. Qəhrəmanlı qeyd edib ki, AXCP tərəfdən mitinqlərin əleyhinə hər hansı fikir söylənilməyib: “Sadəcə, İctimai Palatanın Koordinasiya Şurasında bildirilib ki, hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə İctimai Palatanın nümayəndə heyəti, o cümlədən beynəlxalq təşkilatlarla hökumət arasında kütləvi aksiyalara yer verilməsi ilə bağlı danışıqlar gedir. Bu danışıqların nəticəsindən asılı olaraq aksiyaların vaxtı təyin olunsun. Aksiyaların davam etdirilməsi ilə bağlı qərar qəbul olundu”. F. Qəhrəmanlı İP-də mitinqlərin keçirilməməsi ilə bağlı qərarın olmadığını da xatırladıb: “Koordinasiya Şurasında həmin təklif yekdilliklə qəbul olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər də yuxarıda qeyd etdiyim məsələyə səs verib. Bundan sona kiminsə uğursuz təklifinin keçməməsinə görə, qarşı tərəfin ünvanına həqiqətə uyğun olmayan ittiham səsləndirməsi nə dərəcədə etikdir? Məncə, bu, siyasidən öncə, etik məsələdir”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29