Əli Əhmədov: “Bir qism gənclər radikal müxalifət partiyalarının təsiri altına düşüb”
28 aprel 2011 18:20 (UTC +04:00)

Əli Əhmədov: “Bir qism gənclər radikal müxalifət partiyalarının təsiri altına düşüb”

Lent.az YAP-ın rəsmi saytına istinadən bildirir ki, bu sözləri YAP İcra katibi Əli Əhmədov bu gün partiyanın Gənclər Birliyi rayon və şəhər təşkilat sədrlərinin Naftalanda keçirilən müşavirəsində deyib.

Əli Əhmədov qeyd edib ki, gənclər daha fəal olmalı və digər gənclərlə təmaslarını daha da genişləndirməlidirlər. Gənclərlə bağlı Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədov qeyd edib ki, gənclərin qarşılaşdığı bir sıra problemlər bu proqramda əksini tapacaq. O, əlavə edib ki, hazırlanacaq proqram dövlətin gənclərə olan qayğısının sübutudur: “Azərbaycan dövlətinin gənclərdən gözlədiyi budur ki, daha yaxşı təhsil alsın və gələcək Azərbaycanın inkişafında daha yaxından iştirak etsinlər. Bəzi qüvvələr gənclərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar