Tanınmış müğənnilər YAP-ın sırasına qoşuldular
Tanınmış gənc müğənnilər Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulublar.
Lent.az-ın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirilən “Azərbaycan gəncliyi və müasirlik” konfransında tanınmış gənc sənətçilər - Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və Tərlan Fərzəliyevə partiya vəsiqələri təqdim olunub.
Partiyanın yeni üzvlərinə vəsiqələri YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millər vəkili Məlahət İbrahimqızı təqdim edib. Əli Əhmədov qeyd edib ki, partiyanın rəhbəri olan Prezident İlham Əliyevin uğurlu siyasəti partiyaya olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb. YAP-ın yeni üzvləri belə bir təşkilata üzv olduqdan məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29