Müsavat Partiyası ADR-in işğal gününü qeyd etdi
28 aprel 2011 17:14 (UTC +04:00)

Müsavat Partiyası ADR-in işğal gününü qeyd etdi

ADR-in önəmi tam mənada açılmalıdır. Bu gün təəssüf ki, 28 maya olan sevginin qarşılığında, 28 aprelə eyni dərəcədə nifrətlə yanaşılmır. Nədənsə ADR-in işğalı gününə əhəmiyyət verilmir”. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Müsavat başqanı İsa Qəmbər aprelin 28-də partiyanın qərargahında Azərbaycan Demokratik Respublikasının işğalının ildönümü ilə bağlı baş tutan tədbirdə deyib.

İsa Qəmbər tədbirdə çıxışında ADR-in tarixi əhəmiyyətindən, Məmməd Əmin Rəsulzadə və ətrafının həmin zaman göstərdikləri fəaliyyətdən bəhs edib. O, həmçinin, ADR-in işğalı səbəbləri və bu səbəbləri doğuran faktorları da qeyd edib. İsa Qəmbər bildirib ki, Azərbaycan uğrunda tarix boyu mübarizələr gedib və bu mübarizə bu gün də özünü müxtəlif formalarda göstərir.

Tədbirdə çıxış edən Müsavat üzvü, tarixçi Nəsiman Yaqublu isə ADR-in yaranması və dağılmasına qədərki fəaliyyətindən, həmçinin, Rəsulzadənin Azərbaycan və azərbaycançılıq yolundakı xidmətlərindən geniş bəhs edərək, qeyd edib ki, əslində ADR-in işğalı günü 28 aprel yox, 27 apreldir: “27 aprel günü Azərbaycanın sərhədlərinə müdaxilə etdilər və bununla da dövlətin suverenliyini aldılar. Səhəri gün isə bu, elan edildi”.

N.Yaqublu ADR-in o dövrkü qonşuları və həmin qonşu dövlətlərin ADR-ə olan münasibətlərindən də danışıb. O, xüsusilə, İranın o dövrdə ADR-ə qarşı fəaliyyətinin ifrat dərəcədə olduğunu, həmçinin, Türkiyənin niyə Azərbaycanın müstəqilliyini qoruya bilmədiyini ətraflı izah edib.

Tədbirdə çıxış edən digər iştirakçılar da bu günün xatırlanmasının önəmindən bəhs edərək, ADR-in tarixdəki yeri haqqında öz fikirlərini bildiriblər.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar