Millət vəkili Qənirə Paşayeva türkiyəli qonaqla görüşüb
Lent.az-ın məlumatına görüşdə qondarma erməni soyqırımı yalanlarının ifşa olunması ilə bağlı ictimai birliklərin üzərinə düşən vəzifələr, özəlliklə, ASİM-DER-in bu günədək gerçəkləşdirdiyi işlər barədə fikir mübadiləsi aparılıb.
Millət vəkili istər qondarma erməni soyqırımı ilə bağlı, istərsə də ermənilərin XX yüzilliyin əvvəllərində Türkiyənin şimal-qərbində, eləcə də 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda, Qubada, yüzilliyin sonunda – 26 fevral 1992-ci ildə isə Xocalıda törətdiyi əsl soyqırım aktları, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülməsi mümkün və qaçılmaz olan tədbirlər barədə öz fikir və mülahizələrini bölüşüb.
Sözügedən mövzuda bir neçə kitab və sənədli film müəllifi olduğunu xatırladan xanım millət vəkili həqiqətlərimizin nəinki xarici ölkələrdə, beynəlxalq təşkilatlarda gərəyincə bilinmədiyini, bəzən qardaş ölkələrimizin bir çox vətəndaşlarının belə bu həqiqətlərə vaqif olmadığını bildirmişdir. Odur ki, ASİM-DER kimi ictimai təsisatların uyğun birliklərlə əməkdaşlıq şəraitində daha təsirli tədbirlər görməsi, özəlliklə üç ölkənin sərhədində yerləşən İqdır kimi önəmli bir məkanda fəaliyyət göstərməyin mahiyyətinə varmaqda fayda olduğunu vurğulayıb.
ASİM-DER İdarə heyəti başqanı Göksal Gülbəy indiyədək gördükləri işlər barədə məlumatların əks olunduğu qovluğu millət vəkilinə təqdim edərək, təmsil etdiyi dərnəyin planlaşdırdığı yeni layihələr barədə məlumat verib. Türkiyəli qonaq millət vəkilinin bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu 28 may günü ərəfəsində, habelə respublikamızın öz dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçirmək təklifini məmnuniyyətlə dəyərləndirəcəklərini qeyd edib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29