
Viktor Yanukoviç Azərbaycana gəlib
APA-nın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Ukrayna prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib. Daha sonra dövlət başçısı Ukrayna prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna prezidentinə raport verib. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Ukrayna prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Viktor Yanukoviçə, Ukrayna nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Daha sonra dövlət başçıları rəsmi foto çəkdiriblər.
Qeyd edək ki, səfər proqramına əsasən dövlət başçılarının təkbətək görüşü keçiriləcək. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə davam etdiriləcək. Görüşdən sonra sənədlərin imzalanması mərasimi keçiriləcək və dövlət başçıları mətbuat üçün bəyanatla çıxış edəcəklər.
Qeyd edək ki, səfər proqramına əsasən dövlət başçılarının təkbətək görüşü keçiriləcək. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə davam etdiriləcək. Görüşdən sonra sənədlərin imzalanması mərasimi keçiriləcək və dövlət başçıları mətbuat üçün bəyanatla çıxış edəcəklər.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08