İslam Partiyası yeni qərargaha köçür
28 aprel 2011 13:20 (UTC +04:00)

İslam Partiyası yeni qərargaha köçür

Azərbaycan İslam Partiyası yeni ofisə köçməyə hazırlaşır.

Bu barədə Lent.az-a partiyanın sədr əvəzi Elçin Manafov məlumatı verib. Onun sözlərinə görə, bir müddət öncə partiyanın keçmiş ofisindən çıxarıldıqları və oradan istifadənin qadağan olunduğu üçün bu addımı atmaq məcburiyyətində qalıblar: “Hazırda partiyamızla bağlı istintaq getdiyi üçün bizi ofisimizdən istifadə etməyə qoymurlar. Qərargahın önündə dayanan polis əməkdaşları partiya üzvlərinin binaya daxil olmasına imkan vermir. Halbuki, bizi həmin ofisdən xoş şəkildə çıxarmış və bu halın müvəqqəti olduğunu demişdilər. Biz də istəmirik artıq hərəkət edək. Bu səbəbdən də yeni ofisə köçməyi qərarlaşdırdıq.”

Qərargahlarına buraxılmamaqlarının fəaliyyətlərinə əngəl olduğunu deyən partiya sədri yeni ofisə köçməklərinin bir səbəbinin də önümüzdəki günlərdə keçirməyi planlaşdırdıqları partiyanın Baş Məclisinin toplantısı olduğunu qeyd edib. “Yeni ofisə müvəqqəti köçürük. Yenidən öz qərargahımıza qayıdacağıq. Ancaq partiyamızla bağlı istintaqın hələ bir neçə ay davam edəcəyini nəzərə alsaq, bu müddətdə ofissiz qala bilməzdik.”

Elçin Manafov onu da qeyd edib ki, icarəyə götürdükləri yeni ofis Yasamal rayonunda, Nizami metrosu yaxınlığında yerləşir.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar