AXCP kütləvi aksiyaların əleyhinə səs verməklə bağlı qərar qəbul edib
28 aprel 2011 12:39 (UTC +04:00)

AXCP kütləvi aksiyaların əleyhinə səs verməklə bağlı qərar qəbul edib

Partiyadakı mənbələrdən Lent.az-a daxil olan məlumata görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının evində keçirilən iclasda bir neçə nəfər mitinq keçirilməsi ilə bağlı qərarın gecikməsinin düzgün olmadığını bildirib.

Lakin RH-nin əksər üzvləri aprelin 17-də keçirilmiş kütləvi aksiyanın uğursuz olduğunu, partiya funksionerlərini polislə üz-üzə qoymağın mənasızlığını qeyd edərək, payıza qədər mitinq keçirməklə bağlı qərarların təxirə salınmasını vacib hesab ediblər.

AXCP RH-də İctimai Palatanın sabah keçiriləcək toplantısında indiki məqamda kütləvi aksiyaların effektsiz olması ilə bağlı çıxışlar edilməsi və mitinqlə bağlı qərar olarsa, bunun əleyhinə səs verilməsi ilə bağlı razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar