Aqşin Mehdiyev Fariz Bədəlovun qətli ilə bağlı BMT baş katibinə daha bir məktub ünvanlayıb
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev 9 yaşlı Azərbaycan vətəndaşı Fariz Bədəlovun erməni əsgərləri tərəfindən öldürülməsinin təhqiqatı ilə bağlı BMT baş katibinə daha bir məktub ünvanlayıb. Bu barədə ABŞ-ın Vaşinqton müxbirinə BMT Mətbuat Mərkəzindən məlumat verilib.
“Əvvəlki məktublarımda bildirdiyim kimi, Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlov erməni snayperi tərəfindən öldürülüb. Cinayətin təhqiqatı göstərir ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlı uşağın qərəzli şəkildə öldürülməsi üçün məsuliyyət daşıyır”, deyə səfir məktubunda yazıb.
A. Mehdiyev Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayətin təhqiqatı barədə məlumatını da BMT baş katibinin diqqətinə çatdırıb: “2011-ci il martın 8-də yerli vaxtla saat 16.00-da Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal edilmiş Şıxlar kəndindəki mövqelərindən atəş açıblar. Nəticədə öz evinin həyətində oynayan 2002-ci il təvəllüdlü Fariz Bədəlov başından güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ertəsi gün Ağdam rayon Prokurorluğu Azərbaycan Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açıb. Təhqiqat zamanı müəyyən edilib ki, Bədəlovun yaşadığı ev Orta Qərvənd kəndinin cənub-qərbində, Ermənistan qoşunları ilə təmas xəttinin keçdiyi cəbhə bölgəsinə yaxın ərazidə yerləşir. Evlə Ermənistan Silahlı Qüvvələrinin mövqeyi arasında təxminən 1000-1200 metr məsafə var. Evin arxasında geniş boş sahə mövcuddur və bura Ermənistan ordusunun mövqelərindən aydın görünür. Burada görüntünü məhdudlaşdıra bilən hər hansı təbii və ya süni maneə yoxdur. Azərbaycan Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən hərbi hissəsinin qeyd jurnalından da aydın olur ki, 2011-ci il martın 8-də ermənilər üzbəüz mövqelərindən atəş açaraq saat 15.30-da atəşkəsi üç dəfə pozublar, 16.20-də isə onlar snayper tüfəngindən bir dəfə atəş açıblar. Şahid ifadələri də bunu təsdiq edir”.
Məktubda daha sonra bildirilir ki, prokurorluğun apardığı tibbi ekpertiza nəticəsində güllənin Bədəlovun başının sağ tərəfində kəllə sümüyünü parçalayaraq, beyin toxumasını dağıtdığı müəyyənləşib: “Bədəlovun ölümünə səbəb də kəllə sümüyünün güllə ilə parçalanması və beyin toxumasının dağılması olub. Güllənin daxil olduğu və çıxdığı yerlərin ekspertizasi təsdiq edir ki, atəş uzaq məsafədən açılıb. Tibbi və ballistik ekspertizanın hesabatlarında göstərilir ki, güllə yivli odlu silahdan atılıb. Bədəlov tərkibində mis olan 7.62 mm gilizlə vurulub. Ekspertiza müəyyən edib ki, Bədəlovun ölümünə səbəb olan güllə bu tipli snayper silahından açılıb”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29