Məhkəmə Arif Hacılının vəsatətini rədd etdi
Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, hakim Famil Nəsibovun sədrlik etdiyi prosesdə vəkillər hakimə etirazla bağlı vəsatət veriblər. Hakim həmin vəsatəti baxılmamış saxlayıb. Məhkəmə Arif Hacılının barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatəti isə təmin etməyib.
Qeyd edək ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində aksiya keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsi A. Hacılın barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29