Müsavatın qərargahında nə tapıldı?
27 aprel 2011 12:30 (UTC +04:00)

Müsavatın qərargahında nə tapıldı?

Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O hesab edir ki, axtarışın məhkəmə qərarı ilə aparılmasına baxmayaraq, həmin qərarın özü qanunsuzdur: “Bu axtarış barədə əvvəlcədən İP-ə heç bir məlumat verilməmişdi, bu, sadəcə müxalifət qüvvələrinə qarşı bir təzyiq vasitəsidir.” Hansı sənədin axtarıldığını bilmədiyini deyən partiya funksioneri axtarışı aparan şəxslərin də hansısa qanunsuzluqla bağlı sənəd tapmadıqlarını əlavə edib.

G.Aslanlı bildirib ki, axtarışların başqa formada davam etdirilib-etdirilməyəcəyi barədə bir fikir söyləmək çətindir, ola bilsin ki, Müsavatla bağlı sənədlərin yoxlanılması barədə də qərar çıxarılsın.

İctimai Palatanın toplantılarının keçirildiyi Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında da axtarış aparılması ehtimalına da toxunan G. Aslanlı qeyd edib ki, ADP-nin qərargahında İP-lə bağlı heç bir sənəd olmadığı üçün orada hansısa axtarışın aparılacağını düşünmür: “İP-lə bağlı bütün sənədlər və yazışmalar Müsavat qərargahında saxlanılır.”

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar