Müsavat funksioneri: “Ola bilsin, araşdırma tək sənədlərlə yekunlaşmasın...”
26 aprel 2011 18:04 (UTC +04:00)

Müsavat funksioneri: “Ola bilsin, araşdırma tək sənədlərlə yekunlaşmasın...”

Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı partiya qərargahında prokurorluq əməkdaşlarının apardığı araşdırma ilə bağlı deyib. Onun sözlərinə görə, araşdırılan sənədlər İctimai Palatanın yaranması ilə bağlı materiallar, qəbul etdiyi qərarlar, İP-nin adından yazılmış məktublar, mitinqlərlə bağlı müraciətlər, onlara verilmiş cavablar və s. bu kimi sənədlərdən ibarətdir.

Başqan müavini deyir ki, araşdırma yekununda hər hansı bir şübhəli məqamın olacağını düşünmür: “Ona görə də, bütün sənədləri vermişik ki, müstəntiqlər istədikləri kimi araşdırsınlar. Araşdırmanın yekununda partiyadan nələrin və hansı sənədlərin aparılacağına dair heç bir fikrim yoxdur. Bu, sonda bəlli olacaq”.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar