Azərbaycan və Türkiyə gəncliyindən möhtəşəm həmrəylik - FOTO
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, aprelin 24-də qondarma “erməni soyqırımı” iddiasıyla bağlı Türkiyənin ABŞ-dakı səfirliyi önündə aksiya keçirmək istəyən ermənilər bir növ süni əngəllə qarşılaşıb. Belə ki, səfirliyin önündəki səkini ermənilərə vermək istəməyən türk və azərbaycanlı gənclər iki gün öncədən səkidə gecə-gündüz növbə tutublar.
Ancaq bununla belə, küçənin digər hissəsində ermənilər öz aksiyalarını keçiriblər. Pasxa bayramı ilə bağlı aksiyalarını səssiz keçirən ermənilərə səsgücləndiricilərlə qarşılıq verən gənclərimiz əllərində Azərbaycan və Türkiyə bayraqları, qardaş ölkənin İstiqlal və Gənclik marşları, həmçinin Azərbaycan dövlət himnini oxuyublar.
Aksiyanın sonunda Türkiyənin ABŞ səfiri Namiq Tan səfirliyin qapısını açaraq, gəncləri içəri dəvət edib. O, səkini ermənilərə yer verməyən Azərbaycan və Türk gəncliyinə təşəkkür edib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29