“ATƏT sədri Cənubi Qafqazda dialoqu stimullaşdırmaq istəyir”
26 aprel 2011 13:44 (UTC +04:00)

“ATƏT sədri Cənubi Qafqazda dialoqu stimullaşdırmaq istəyir”

APA-nın məlumatına görə, Litva prezidentinin nümayəndəsi Linas Balsis “Žinių radijas”a müsahibəsində bildirib ki, Cənubi Qafqaza səfər çox önəmlidir.

“Litva bu il ATƏT-ə sədrlik edir və dondurulmuş münaqişələrin həllini əsas prioritetlərdən biri elan edib. ATƏT sədrinin bu səfərinin Cənubi Qafqazda münaqişələrin həllinə dair dialoq prosesini stimullaşdıracağını gözləyirik”.

Müsahibədə Dağlıq Qarabağ münaqişəsini şərh edən Linas Balsis bildirib ki, konfliktin nüzamlanması üzrə sülh danışıqlarını davam etdirmək lazımdır: “Siyasi cəhətdən çox mürəkkəb situasiyaya düşən Azərbaycan, Gürcüstan və Ermənistana səfər zamanı ATƏT sədri dialoqun başlanmasına, bu ölkələrin siyasi liderləri və vətəndaşları arasında əməkdaşlığın baş tutmasına çalışacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar