Elmar Məmmədyarov Tina Kaydanaunu qəbul edib
Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanda olmasından məmnunluğunu bildirən Kaydanau ABŞ-ın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
ABŞ rəsmisi ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasında maraqlı olduğunu və bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu vurğulayaraq, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət irəliləyişin əldə olunmasına tərəfdar olduğunu bildirib.
Nazir E.Məmmədyarov isə öz növbəsində qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun saxlanılması yolverilməzdir. O, həmçinin, münaqişənin həllinə dair aparılan danışıqlar prosesi çərçivəsində bu il aprelin 22-də Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə danışıb. E.Məmmədyarov regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün kommunikasiyaların bərpa olunmasının vacibliyini qeyd edib və bunun üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının əsas şərt olduğunu vurğulayıb.
Görüşdə, həmçinin, birgə maraq kəsb edən digər müxtəlif ikitərəfli, regional və qlobal mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59