İrandan qondarma “erməni soyqırımı” məsələsində yenilik
Azərbaycan Xarici İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, “erməni soyqırımı”na ənənəvi olaraq geniş yer ayıran İran mətbuatı bu məsələdə ilk dəfə olaraq qarşı tərəfin - Türkiyə və Azərbaycanın mövqeyini dərc edib.
Məlumatda qeyd edilir ki, ölkəmizin İrandakı səfiri Cavanşir Axundov “erməni soyqırımı” ilə bağlı müsahibəsini konkret faktlar üzərində quraraq, yerli mətbuatda qondarma “soyqırıma” yer ayırdığını, amma ermənilərin müsəlmanlara qarşı etdikləri vəhşiliklərə toxunmadığını, Xocalıda törədilmiş soyqırımından bəhs etmədiyini bildirib.
Birinci dünya müharibəsi illərində yüz minlərlə türk və azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsi faktına göz yumulduğunu bildirən C.Axundov qədim Azərbaycan torpaqlarında bolşeviklər tərəfindən süni şəkildə Ermənistan dövlətinin yaradıldığını qeyd edib, erməni hərbi birləşmələrinin Bakı, Şamaxı, Gəncə, Qubada 52 min, İranın Azərbaycan dilli qədim Urmiya, Xoy, Salmas və digər şəhərlərində isə 120 min günahsız insanın öldürdüyünü diqqətə çatdırıb.
Səfir ermənilərin başqa yerlərdən, o cümlədən Marağadan Dağlıq Qarabağa köçürmələrindən danışıb, tarixi faktlara söykənmədən “erməni soyqırımını” iddia edənlərin Osmanlı imperiyasının o zaman üzləşdiyi tarixi reallıqları nəzərə almadan fikir yürütmələrinin əsassız olduğunu bildirib.
Ermənilərin tarixi faktları saxtalaşdırmağa həmişə meylli olduqları, Alban abidələrini özününkiləşdirməyə can atdıqları, coğrafi adları dəyişdirdiklərini diqqətə çatdıran səfir Alban ortodoks kilsəsinin məhz 1836-cı ildə çarın fərmanı ilə ləğv edildiyi, indiki Ermənistan dövlətinin ərazisində yaşayan əhalinin 80-85 faizinin müsəlman olduğunu vurğulayıb.
C.Axundov müsahibə ermənilərin XX əsrin sonlarında, müasir tariximizdə Xocalıda törətdikləri vəhşiliklərin isə insanlığa yaraşmayan bir hərəkət olduğunu, dünyanın heç bir yerində belə vəhşilik törədilmədiyini vurğulayıb. O, bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli işğalçı Ermənistan hərbi birləşmələrinin işğal edilmiş torpaqlardan çıxmasında, BMT və Avropa Şurasının qətnamələrinin yerinə yetirilməsində, beynəlxalq hüquq normalarına riayət edilməsindədir.
“Azərbaycan torpaqlarının işğal altında saxlanılması davam etdirildiyi təqdirdə Ermənistanda heç bir siyasi sabitliyin və iqtisadi inkişafın olmayacaq. Ermənilərin yeganə çıxış yolu Azərbaycan torpaqlarının qeyri-şərtsiz azad edilməsidir” – deyə, səfir bildirib. C.Axundov sonda qeyd edib ki, hələlik danışıqlar yoluna üstünlük verən Azərbaycan öz hərbi qüdrətini dayanmadan artırır və lazım gələrsə, hərbi yolla torpaqlarımızı azad edəcəyik.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29