Müsavat Divanının toplantısı keçirilib
25 aprel 2011 16:38 (UTC +04:00)

Müsavat Divanının toplantısı keçirilib

Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda deyilir ki, toplantıda İctimai Palatanın mitinqində iştirakına görə həbs edilən müxalifət nümayəndələrinin məsələsi müzakirə edilib.

Divan inzibati həbs qaydasında 7 sutka cəza almış Rüfət Hacıbəyliyə qarşı cinayət işinin açılmasını kəskin qınayıb, həmçinin, aprelin 25-də müsavatçı Dünyaxanım Cərullanın Səbail rayon Polis İdarəsinə aparılması məsələsini də müzakirə edib.

Divanın iclasında kütləvi aksiyaların davam etdirilməsi məsələsi müzakirə edilib və bir sıra təkliflər səsləndirilib. Qərara alınıb ki, bu təkliflər İctimai Palatada müzakirəyə təqdim edilsin. Bundan əlavə, toplantı zamanı ərəb dünyasında gedən inqilabi proseslər də müzakirə olunub. Yəmən prezidenti Abdulla Salehin hakimiyyətdən getmək üzrə olduğu vurğulanıb. Suriya diktatoru Bəşər Əsədin, öz xalqına qarşı güllə atan Liviya diktatoru Müəmmər Qəddafinin yolunu tutduğu təəssüflə qeyd edilib.

Toplantı çərçivəsində qərara alınıb ki, 1920-ci ilin 28 aprel işğalı ilə bağlı əvvəlcədən planlaşdırılmış tədbir 28 aprel 2011-ci il tarixdə saat 15:00-da Müsavat Partiyasının Mərkəzi qərargahında keçirilsin.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar