Müxalifət partiyası hökumətə çağırış etdi
BAXCP mətbuat xidmətindən Lent.az-a daxil olan bəyanatda belə deyilir.
Bəyanat aprelin 25-də partiyanın İdarə Heyətinin növbəti iclası zamanı qəbul edilib.
İclas zamanı ərəb ölkələrində, xüsusilə də Liviyada baş verən prosesləri müzakirə edən BAXCP İdarə Heyəti Azərbaycanın bu prosesdə çevik xarici siyasət yürütməsini mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Buna səbəb kimi isə BMT Təhlükəsizlik Şurasının qərarı ilə Liviyada hərbi əməliyyatların keçirilməsi və ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa və ABŞ-ın bu əməliyyatlarda iştirakı, eləcə də digər həmsədr ölkənin - Rusiyanın da bu prosesə qarşı olmaması göstərilib.
BAXCP belə bir addımın atılmasını Liviyanı dağıdan vətəndaş müharibəsinə son qoyulması üçün əhəmiyyətli töhfə olacağını bildirib. Partiya hesab edir ki, Fransanın müvafiq addımından sonra Liviya Milli Şurasının Azərbaycan tərəfindən Liviyanın legitim hökuməti kimi tanınması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına zəmin yarada bilər: "İşğal olunmuş ərazilərinin azad olunması üçün BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını gözləyən Azərbaycan üçün bu, layiqli bir addım olardı".

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29