Oqtay Əsədov Astanaya gedəcək
Lent.az-ın məlumatına görə, bu barədə parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, iclasda TÜRKPA yaranan zaman imzalanmış İstanbul sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı protokol, Türkdilli ölkələrin parlamentlərinin kitabxanaları arasında əməkdaşlıq haqqında protokol imzalanacaq: “Bütün görüşlərin yekunu olaraq isə Astana bəyannaməsinin qəbul olunması gözlənilir”.
İclas çərçivəsində TÜRKPA-nın gerbinin və bayrağının müəyyən olunması da müzakirə olunacaq. Azərbaycanlı nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Cəfərov, Əhliman Əmiraslanov, Ülvi Quliyev, Sevinc Hüseynova, Çingiz Qənizadə, İqbal Ağazadə, aparat rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Səfər zamanı O.Əsədovun Qazaxıstan prezidenti Nursultan Nazarbayev, ölkə Parlamenti Məclisinin və Senatının spikerləri, tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
A.Təvəkküloğlu deyib ki, görüşlərdə iki tərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, TÜRKPA-nın beynəlxalq qurumlar arasında mövqeyi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, bu iclas zamanı TÜRKPA-da sədrlik Azərbaycandan Qazaxıstana keçəcək. TÜRKPA 2008-ci ildə İstanbulda yaranıb. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan təşkilata üzvdür. Təşkilatın Baş Katibliyi daimi olaraq Bakıda yerləşir.
Mübariz Aslanov

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29