“Amerikada  immiqrantlar (mühacirlər): əsaslı dəyişiklik prosesi” adlı mühazirə dinlənildi - FOTO
25 aprel 2011 10:50 (UTC +04:00)

“Amerikada immiqrantlar (mühacirlər): əsaslı dəyişiklik prosesi” adlı mühazirə dinlənildi - FOTO

Lent.az-ın məlumatına görə, təqdimatda universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak edib.

Adam Sterlinq iştirakçılara ilk növbədə immiqrasiyanın tarixi haqqında məlumat verib. O, qeyd edib ki, Amerikada immiqrasiyanın tarixi 4 dövrə bölünür: koloniya dövrü, 19-cu əsrin ortaları, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlləri və 1965-ci ildən sonrakı dövr. Müvəqqəti işlər vəkili sözlərinə onu da əlavə edib ki, Amerika Birləşmiş Ştatlarında irqi və etnik cəhətdən müxtəlif olan insanların sayı getdikcə artır: “İmmiqrantlar ilk əvvəllər ən çox İrlandiyadan gəlirdilər və əsasən Boston, Nyu-York və bu kimi geniş əhalisi olan şəhərlərdə məskunlaşırdılar. 18-ci və 19-cu əsrlərdə isə immiqrantlar Şərqi Avropadan gəlirdilər”.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq təqdimat iştirakçılarının nəzərinə çatdırıb ki, immiqrantlar əvvəllər şimal-şərq və mərkəzi qərbdə məskunlaşırdılarsa, hazırda əsasən cənubda və qərbdə məskunlaşmağa meyllidirlər.

Sonda A. Sterlinq tələbələri maraqlandıran suallara cavab verib və universitetdə olmağından məmnun olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733

Oxşar yazılar