Bakı polisindən gözyaşardıcı qaz və rezin güllə iddiası ilə bağlı açıqlama
Bakı şəhər Baş Polis İdarəsi aprelin 2-də paytaxtda keçirilən qanunsuz aksiya ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bir sıra müxalifət partiyalarının daxil olduğu İctimai Palata adlı qurum aprelin 2-də «Fəvvarələr meydanı»nda qeyri-qanuni kütləvi aksiya keçirməyə cəhd göstərib.
Onlar həmin gün saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 350 nəfərədək olan kiçik dəstələrlə şəhərin mərkəzi hissəsində, əsasən, Füzuli, Nizami küçələri və «Fəvvarələr meydanı» istiqamətində yürüş keçirməyə və xuliqanlıq etməyə cəhd göstəriblər.
Belə aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, o cümlədən, polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulub, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılıb.
On üç polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib. Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək və xuliqanlıq etmək cəhdinin qarşısı alınıb, ictimai asayişin kütləvi şəkildə pozulmasına və vandalizm cəhdlərinin yayılmasına imkan verilməyib. Bu zaman polis qanunsuz aksiyaların qarşısını alarkən tətbiq edilən əlavə vasitələrdən istifadə etməyib, su şırnağı, gözyaşardıcı qaz, rezin güllələr kimi vasitələr tətbiq olunmayıb.
Qanunsuz aksiya iştirakçıları tərəfindən polisə qarşı müqavimət, zorakılıq cəhdləri müşahidə olunsa da, bunların qarşısı həmin vasitələr tətbiq olunmadan alınıb, qeyri-qanuni hərəkətlərin fəal iştirakçıları da daxil olmaqla, şübhəli şəxs qismində 5 nəfər saxlanılıb.
Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində ərazi polis orqanları və məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edilib.
Hazırda fakt üzrə araşdırmalar aparılır.

851