Müxalifət aksiyada saxlanılanların sayını açıqladı
02 aprel 2011 17:29 (UTC +04:00)

Müxalifət aksiyada saxlanılanların sayını açıqladı

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında təmsil olunduğu partiyanın ümumilikdə 200-ə yaxın üzvünün saxlanıldığını deyib: “Onlardan bir qismi polis bölmələrinə aparılarkən, yolda sərbəst buraxılıb. Lakin 150 nəfər müsavatçı müxtəlif polis bölmələrinə aparılıb”.

AXCP sədrinin köməkçisi Faiq Əmirov isə APA-ya deyib ki, polis tərəfindən azı 35 nəfər cəbhəçi saxlanılıb: “Bu, əlimizə olan siyahıdakı şəxslərin sayıdır”.

KXCP-dən 10-ya yaxın şəxs, o cümlədən partiyanın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu tutulub. X. Teyyubla APA-nın əməkdaşı ilə söhbətində artıq sərbəst buraxıldığını söyləyib.

AMİP-dən isə 2 nəfərin saxlanıldığı bildirilib.

Qeyd edək ki, aksiya ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin yaxın saatlarda açıqlaması olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar