Partiya liderləri aksiyada iştirak etməyiblər
02 aprel 2011 17:14 (UTC +04:00)

Partiya liderləri aksiyada iştirak etməyiblər

Müsavat Partiyasından APA-ya bildirilib ki, partiya başqanı İsa Qəmbərin aksiyada iştirak etməyəcəyi əvvəlcədən planlaşdırılıb: “İsa bəyə qarşı təxribat törədilməsi ehtimalı var idi. Bu səbəbdən də o, aksiyaya qatılmadı”.

AXCP sədri Əli Kərimli də aksiyaya qatılmayıb. Partiyadan APA-ya bildirilib ki, bunun səbəbi ilə bağlı açıqlama veriləcək.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da bu keçirilən aksiyada iştirak etməyib. Partiyanın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu APA-ya bildirib ki, növbəti analoji aksiyalarda M. Mirəlioğlu özü şəxsən iştirak edəcək.

AMİP sədri Yusif Bağırzadə də aksiyaya qatılmayıb. Partiyanın baş katibi Arzuxan Əlizadə bildirib ki, İP-də partiya liderlərinin aksiyada iştirak etməməsinə qərar verilib.

Qeyd edək ki, İ. Qəmbər, Ə. Kərimli və Y. Bağırzadə aksiyanı baş tutmuş saydıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar