Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı Brüsseldə etiraz aksiyası keçiriləcək
31 mart 2011 16:18 (UTC +04:00)

Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı Brüsseldə etiraz aksiyası keçiriləcək

Belçikada Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçiriləcək.

Bu barədə Lent.az-a Belçikadan aksiyanın təşkilatçısı, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri, fəal diasporçu Ayhan Dəmirçi məlumat verib.

Ayhan Dəmirçi deyib ki, tədbir bu gün saat 15-17 arası Belçikanın paytaxtı Brüssel şəhərində baş tutacaq: “Biz bir daha Avropa ictimaiyyətinin diqqətinə bu etiraz aksiyası vasitəsilə çatdıracağıq ki, erməni daşnakları 2011-ci il martın 8-də qətlə yetirdikləri 9 yaşlı Fariz Bədəlovun simasında Qarabağda nə qədər günahsız körpələrimizi qətlə yetiriblər. Aksiyada qatillərin cəzalandırılmasını tələb edəcəyik. Avropada və xüsusilə, Belçikada yaşayan soydaşlarımız aksiyada fəal iştirak edəcəklər. Bununla Ermənistanın necə təcavüzkar, işğalçı dövlət olduğunu beynəlxalq qurumların nəzərinə çatdıracağıq. Bu gün Avropa dövlətləri insan haqlarının qorunmasını tələb edirlərsə, Fariz Bədəlovun da qatillərinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrini və məsuliyyətə cəlb edilmələrini tələb etməlidirlər. Eyni zamanda 31 mart hadisələrinin beynəlxalq səviyyədə qiymət verilməsini tələb edəcəyik".


Ayhan Dəmirçi onu da bildirib ki, Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması istiqamətində istər aksiya, istərsə də elmi-praktiki seminarlar vasitəsilə tədbirlər görəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar