Abel Məhərrəmov Fəzail Ağamalının açıqlamasını ciddi hesab etmir
31 mart 2011 14:20 (UTC +04:00)

Abel Məhərrəmov Fəzail Ağamalının açıqlamasını ciddi hesab etmir

APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov F.Ağamalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ünvanına, o cümlədən BDU-nun hüquq fakültəsinə tələbələrin yüksək rüşvət müqabilində qəbulu ilə bağlı söylədiyi ittihamlara münasibət bildirərkən deyib.


O bildirib ki, bu ittihamların BDU ilə heç bir əlaqəsi yoxdur: “Fəzail Ağamalı çıxışında BDU-nun adını çəkdiyi üçün bu fikri universitetlə də əlaqələndirirlər. Amma bu fikirlər TQDK-nın ünvanına yönəlib. Millət vəkili BDU-nun və Azərbaycan Tibb Universitetinin adını çəkib. Lakin biz qəbul işlərindən uzağıq. Ona görə də bu barədə heç nə deyə bilmərəm”.


A.Məhərrəmov F.Ağamalının bu məsələni açıq şəkildə səsləndirməsinin düzgün olmadığını da deyib: “Bilmirəm Fəzail Ağamalının əlində əsası var, ya yox, amma onun açıq şəkildə belə deməsi bizdə də narahatlıq doğurur. Əgər bununla bağlı onun əlində fakt varsa da, müvafiq addımlar ata bilər. Məndə belə məlumat olmadığı üçün onun, yaxud da digər ittiham olunan tərəfin yerinə heç nə deyə bilmərəm”.


A.Məhərrəmov F.Ağamalının söylədiyi fikirlərdən sonra məsələni aydınlaşdırmaq məqsədilə onunla şəxsən görüşmədiyini də söyləyib: “Mən yenə də deyirəm ki, bu məsələ universitetlə əlaqəli deyil. Biz qəbul prosesindən uzaq adamıq. Bizə tələbələrin hazır siyahısı gəlir, biz də həmin tələbələri qəbul edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar