Məzahir Pənahov Qazaxıstana gedir
31 mart 2011 13:18 (UTC +04:00)

Məzahir Pənahov Qazaxıstana gedir

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 2 - 5-də Qazaxıstan Respublikasında səfərdə olacaq. MSK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər Qazaxıstan MSK sədri Kuandık Turqankulovun dəvəti ilə gerçəkləşir.

Səfərdə MSK sədrini MSK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək. Nümayəndə heyəti aprelin 3-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək. MSK nümayəndələri Astana şəhərində müşahidə missiyasını həyata keçirəcəklər. Səfər zamanı Məzahir Pənahov ilə Qazaxıstan MSK sədrinin görüşü nəzərdə tutulub. Görüşdə iki ölkənin seçki qurumları arasında əməkdaşlıq, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq. İki ölkənin ali seçki qurumları arasında faydalı əməkdaşlığa əsaslanan əlaqələr mövcuddur.


Qeyd edək ki, MSK təmsilçiləri Qazaxıstandakı sözügedən seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının tərkibində uzunmüddətli və qısamüddətli müşahidəçi kimi də izləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar