Bir qrup vəhhabinin AXCP-nin tərəfdarı olaraq mitinqə qatılması üçün danışıqlar aparılır
Aprelin 2-də İctimai Palatanın keçirəcəyi mitinqə AXCP-nin tərəfdarı olaraq, bir qrup vəhhabi təriqətinə məxsus şəxsin qatılacağı da gözlənilir. Partiyadakı mənbələrdən Lent.az-a verilən məlumata görə, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məhdud sayda partiya yetkilisinin iştirak etdiyi toplantıda bildirib. Lakin o, bu şəxslərin aksiyaya cəlb olunması üçün kimlərlə danışıq aparıldığı barədə məlumat verməyib.
F. Qəhrəmanlının Mehdiabaddakı evində keçirilən toplantıda aprelin 2-də keçiriləcək mitinq müzakirə olunub.
Gələn xəbərlərə görə, son vaxtlar AXCP sədri Əli Kərimli bir çox məsələləri daha məhdud çərçivədə müzakirə edir, tapşırıqları təkbətək verməyə üstünlük verir, Rəyasət Heyətinə isə ümumi məlumatlar çıxarılır.
Ə. Kərimlinin həmçinin partiya yetkililərindən ikisini Azərbaycanın cənub bölgəsinə, din xadimləri ilə görüşə və məşhur bir şəxsin yas mərasiminə də göndərdiyi bəlli olub. Cənub bölgəsində olan bəzi dindarlarla görüşdə aksiyaların İranın “Səhər” kanalı vasitəsilə yayılmasına yardım edilməsinin mümkünlüyü bildirilib.
Lakin Rəyasət Heyəti üzvləri ilə müzakirələrdə buna etiraz səsləndirilib və “Səhər” kanalının ölkə içində birmənalı qarşılanmadığı bildirilib.
Əli Kərimlinin gənclərlə görüşündə isə dini inanclı gənclərin təmsilçisi kimi təqdim olunan bir şəxs də iştirak və çıxış edib.
Rəyasət Heyətinin üzvləri arasında dini dairələrin, xüsusilə radikal dindarların siyasi proseslərə cəlb edilməsinin təhlükəli olduğunu bildirənlər də olub: “İndiyə qədər dindarlara siyasi dəstək verilmirdi, müxalifət də xüsusilə xarici güclərə bağlı insanların dindar adı ilə siyasi proseslərdə iştirakına isti baxmırdı. Əli Kərimlidən soruşuldu ki, xarici qüvvələrin nəzarətində olan radikal dindarlarla əməkdaşlıq edib, onlara siyasi leqallıq tanımağın məsuliyyətini kim bölüşəcək? Onsuz da sabah bu adamlar xaricdən verilən təlimata görə, hərəkət edəcəklər, bizim rəyimiz nəzərə alınmayacaq”-deyə, mənbə bildirib.
İclasda 31 mart Azərbaycanlıların Soyqırım Günü münasibətilə Şəhidlər Xiyabanına ediləcək ziyarətin kütləviliyinin təmin olunması üçün işlərin gücləndirilməsi, lakin 2 aprel aksiyasının təşkilatçılarının bu ziyarətə qatılmaması barədə də tapşırıq verilib.

632