“Coca-Cola” müsəlmanları böldü
17 fevral 2011 10:58 (UTC +04:00)

“Coca-Cola” müsəlmanları böldü

“This American Life” adlı radioda aparıcı İra Glass “Coca-Cola”-nın 125 ildir ki, məxfi sayılan “7X” formulunu XX əsrin əvvəllərində işıq üzü görən bir qəzetə istinadən açıqlayıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, aparıcının içkidə müəyyən miqdarda alkoqol olduğunu söyləməsi müsəlman ölkələrdə cəmiyyəti ikiyə bölüb.

Bu gün isə “Coca-Cola”nın nümayəndəsi Kerry Tressler iddiaları təkzib edib. O bildirib ki, bir çoxları onların formulunu ələ keçirməyə çalışsalar da, bacarmayıblar: “Coca-Cola”da alkoqol və hər hansı bir donuz piyi yoxdur”.

Cəmiyyətdə müşahidə olunan gərginliklə bağlı Birləşmiş Ərəb Əmirliklərinin hökuməti də rəsmi açıqlama yayıb və “Coca-Cola”nın tərkibində alkoqol olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar