Ukrayna dilində “Xocalı – zamanın silə bilmədiyi yaddaş”
Lent.az-ın məlumatına görə, bülletendə Ermənistanın uzun illər boyu Azərbaycana qarşı xəyanətkar siyasət yeritməsindən, ermənilərin amansız və vəhşicəsinə təcavüzü nəticəsində yüzlərlə dinc sakinin qətlə yetirildiyi Xocalı faciəsindən, faciənin törətdiyi fəsadlardan ətraflı söhbət açılır. Bununla yanaşı, bülletendə Xocalı soyqırımı ilə bağlı xarici ölkələrin kütləvi informasiya vasitələrində gedən materialların xülasəsi də oxucuların diqqətinə çatdırılır. Nəfis tərtibatda çap olunan informasiya bülletenində Xocalı soyqırımını əks etdirən fotoşəkillər də yerləşdirilib.
Layihənin rəhbəri, “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının prezidenti, hüquq elmləri namizədi Hikmət Cavadov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bundan sonra fəaliyyətini daha da gücləndirəcək. “Xocalı – zamanın silə bilmədiyi yaddaş” informasiya bülleteninin məsul redaktoru Dmitri Kulubaba, müəllifi Azər Qardaşlıdır.

1137