“Xocalı: Faciədən öyrəndiklərimiz”
Fevralın 24-də Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə Xocalı soyqırımının 19-cu ildönümü münasibəti ilə Norveçin Holokost mərkəzində “Xocalı: Faciədən öyrəndiklərimiz” (Khojali: Lesson from Tragedy) adlı seminar keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminarda Heydər Əliyev Fondunun sözügedən faciə ilə bağlı hazırladığı foto sərgi də nümayiş etdiriləcək.
Seminarda Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov fəxri qonaq kimi iştirak edərək Xocalı soyqrımı və onun törətdiyi fəsadlar haqqında danışacaq. Seminar - sərgi layihəsində NAYO-nun üzvləri, Norveç hökumətin nümayəndələri, norveçli və əcnəbi siyasətçilər, tədqiqatçılar, professorlar, Norveçdə təhsil alan yerli və xarici tələbələr, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak edəcəklər.
Seminarla bağlı NAYO-nun İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib. Toplantıda çıxış edən NAYO-nun sədri Ramil Əliyev ilk dəfə olaraq Norveçin məşhur Holokost mərkəzində Xocalı soyqırımı ilə bağlı tədbir keçirdiklərini bildirib: “Seminara “Xocalı: Faciədən öyrəndiklərimiz” adını verməkdə əsas məqsədimiz odur ki, həm norveçlilərə, həm burada yaşayan digər millətlərin nümayəndələrinə bu faciə ilə bağlı tarixi faktları çatdıraqr”.
Toplantıda bildirilib ki, bu il Cenevrə Konvensiyanın 60 illiyinin qeyd olunduğunu nəzərə alaraq, seminarda Xocalı soyqırımına qlobal prizmadan da baxış olacaq. Erməni əsirliyində hələ də Azərbaycan vətəndaşlarının qaldığı qeyd olunub. Fevralın 24-də keçiriləcək seminarda Avropa İnsan Haqları Konvensiyası və İşgəncələr Əleyhinə Konvensiyanın da ermənilər tərəfindən bu gün də kobud şəkildə pozulduğu tədbir iştirakçılarına çatdırılacaq.
Seminarın gedişatı zamanı iştirakçılara və KİV nümayəndələrinə Xocalı soyqırımı ilə bağlı məlumatların, fotoların yer aldığı xarici dillərdə kitab və bukletlərin paylanması və videoçarxın nümayiş etdirilməsi nəzərdə tutulub.

1048