21 QHT rəhbəri ölkə başçısına müraciət etdi
Ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının bir qrupu prezident İlham Əliyevə müraciət edib.
Lent.az-ın məlumatına görə, 21 QHT rəhbərinin imzaladığı müraciətdə ictimai birliklər, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün mövcud mühitin daha da yaxşılaşdırılması xahiş olunur.
Müraciətdə 10 bənddən ibarət təkliflərdə QHT-lərin fəaliyyətinə dair ciddi məqamlar yer alıb. Sənəddə deyilir ki, 2010-cu ildən tətbiq olunan QHT-lərin maliyyə hesabatlılığı sistemi ciddi problemlər doğurub. Belə ki, hesabat formaları çox mürəkkəbdir və buradakı göstəricilərin böyük əksəriyyəti mövcud QHT-lərin maliyyə fəaliyyətindən kənardır: “Azərbaycan QHT-lərinin mütləq əksəriyyəti üçün həmin göstəricilər üzrə hər hansı maliyyə əməliyyatları aparılmır. Bir reallıq da ondan ibarətdir ki, Azərbaycan QHT-lərinin böyük əksəriyyəti bir-iki nəfərdən ibarətdir (one man show) və bu təşkilatlarda daimi işləyən mühasiblər yoxdur. Mühasib bir qayda olaraq QHT-nin əldə etdiyi qrant müddətinə işə cəlb edilir. Bu səbəblərdən kiçik illik dövriyyəsi olan QHT-lər üçün maliyyə hesabatlarının ya ləğv edilməsi (məsələn Rusiyada 10000 rubldan az vəsait əldə edən QHT-lər maliyyə hesabatı təqdim etmir. Avropa ölkələrinin böyük əksəriyyətində isə ümumiyyətlə QHT-lərin maliyyə hesabatı tələb olunmur) və ya ciddi sadələşdirilməsi məqsədə uyğun görünür”.
Daha sonra müraciətdə QHT-lərin də dövlət qeydiyyatı “vahid pəncərə” prinsipi ilə aparılması, Dövlət Sosial Müdafiə Fonduna hesabatların on-line sisteminin tətbiqi, hüquqi ünvanın on-line rejimində dəyişdirilməsi, qrantların qeydiyyat sisteminin təkmilləşdirilməsi və qrant müqavilələrinin qeydiyyatının on-line rejimində aparılması, qrant layihələri üzrə əmək haqqı ödənişlərinin sosial sığortadan azad edilməsi, QHT-lərin Daxili Audit haqqında qanunun tətbiqi dairəsindən çıxarılması xahiş olunur. Müraciətdə həmçinin ictimai təşkilatların adının sonundakı “İctimai Birlik” ifadəsinin çıxarılmasının və məqsədəuyğunluğu bildirilir. Bu, onunla izah edilir ki, həmin ifadənin ingilis dilinə tərcüməsi “Publik Union”, yəni “hökumət təşkilatı” mənasını verir. Bu isə bəzi donorlar və ya ekspertlərin əlavə suallarına, artıq izahatlara səbəb olur.
Müraciət müəllifləri bu təkliflərimiz müvafiq ictimai müzakirələrdən keçərək formalaşdığını və bunun ölkədə vətəndaş cəmiyyətinin inkişafına, QHT-lərin həyata keçirdiyi ictimai faydalı işlərin genişlənməsinə yönəldiyini bildirirlər.
Elxan SALAHOV

Oxşar yazılar

Əfv Komissiyasının daha bir iclası keçirildi
12 mart 2025 , 17:02
Arkadi Qukasyan məhkəmədə etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb
10 mart 2025 , 21:07
Bako Sahakyan: Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub
10 mart 2025 , 21:00
Trampın keçmiş müşaviri Putinin ABŞ prezidentindən necə istifadə etdiyini AÇIQLADI
10 mart 2025 , 19:05
Ermənistanın hərbi təcavüzü nəticəsində dörd min nəfərə yaxın vətəndaşımız itkin düşüb
10 mart 2025 , 12:53
Göyərçinlərdən istifadə edən Avropanın son ordusu - Maraqlı fakt
8 mart 2025 , 17:20
Etibar Süleymanov ölkədən necə qaçıb? - DTX bütün planları İFŞA ETDİ
7 mart 2025 , 17:11