MTN və DİN-dən “terror təhlükəsi” açıqlamasına münasibət
“Azərbaycan Respublikasının milli təhlükəsizliyi, maraq və mənafelərinə mümkün təhdidlərin qarşının alınması üzrə zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”.
Bunu Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında ölkədə ehtimal olunan terror təhlükəsi barədə bir neçə ölkənin səfirliyinin yaydığı açıqlamanı şərh edərkən deyib.
“Azərbaycan sabitliyin etibarlı təmin olunduğu ölkələrdən biridir”.
Bunu isə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov deyib. S.Gözəlov eyni zamanda əlavə edib ki, heç bir dövlət terror təhlükəsindən sığortalanmayıb: “Amma Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər, onların əməkdaşlarının yaşadıqları evlər qorunur, təhlükəsizlikləri təmin olunur. Ölkədə əməliyyat şəraitinə ciddi nəzarət edilir. Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi bu yöndə üzərinə düşən vəzifələrin öhdəsindən gəlir”.
Qeyd edək ki, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri vətəndaşlarına terror təhlükəsi ilə bağlı yanvarın sonunda xəbərdarlıq edib. ABŞ səfirliyi bu xəbərdarlığını ötən gün bir daha təkrarlayıb. İsrail Terrora qarşı Mübarizə Qərargahı isə vətəndaşlarının 9 ölkəyə getməməsini tövsiyə edib, bunlardan biri də Azərbaycandır. Bu gün İsrailin Azərbaycandakı səfirliyi də fəaliyyətini müvəqqəti dayandırıb.

706