Azərbaycanlıların Berlindəki İran səfirliyi önündə etiraz aksiyası - FOTO
Almaniyada yaşayan azərbaycanlılar İranın Azərbaycan Respublikasının daxili işlərinə qarışmasına, Tehranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı dəstəkləməsinə və fars rejiminin İranda yaşayan azərbaycanlılara qarşı göstərdiyi təzyiqlərə etiraz əlaməti olaraq, paytaxt Berlin şəhərindəki səfirliyi önündə aksiya keçiriblər.
Bu barədə Lenta.z-a aksiya iştirakçısı Yazdani Əhməd məlumat verib. Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və Almaniyadakı türk icmasının nümayəndələrinin iştirak etdiyi etiraz aksiyasında İranın işğalçı Ermənistana yardım göstərməsinə, İranda yaşayan azərbaycanlıların elementar hüquqlardan, ana dilində təhsil almaq, milli mədəniyyətləri, adət-ənənələrini yaşatmaq haqqından məhrum edilməsinə, İranın Azərbaycan Respublikasının daxili işlərinə qarışmasına qarşı şüarlar səsləndirilib. Etiraz aksiyasının sonunda aksiya iştirakçıları adından hazırlanmış bəyanat İran səfirliyin nümayəndəsinə təqdim olunub.
Bəyanatda İranda yaşayan 30 milyondan artıq azərbaycanlının hüquqlarının fars rejimi tərəfindən kobud surətdə tapdalandığı, azərbaycanlıların təzyiqlərə məruz qaldığı, onların ana dilində təhsil almaq, öz milli adət-ənənələrini təbliğ etmək hüququndan məhrum olduğu qeyd olunur: “Azərbaycanlılar İranın hakimiyyət strukturları tərəfindən təqib olunur, həbs edilir, ən ağır işgəncələrə məruz qalır. İranın kütləvi informasiya vasitələrində Azərbaycan xalqının heysiyyatına toxunan, onun şərəf və ləyaqətini alçaltmağa yönəlmiş iyrənc təbliğat üsullarından istifadə olunur. Digər tərəfdən, Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, regionun aparıcı dövlətinə çevrilməsi faktı İranın hakimiyyət strukturlarını narahat edir. İranın siyasi dairələri müstəqil Azərbaycanda xalqla dövlətin qarşılıqlı etimadına əsaslanan idareətmə sisteminin mövcudluğunu, insan hüquq və azadlıqlarına verilən yüksək təminatı, vətəndaşların sosial rifahının getdikcə yaxşılaşmasını Cənubi Azərbaycanda milli azadlıq hərəkatının başlamasına stimul verə biləcək amil kimi qiymətləndirir. Məhz bunun nəticəsidir ki, son dövrlərdə İranda Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə əsassız ittihamlar və bəyanatlar səsləndirilir”.
Bəyanat o da qeyd olunur ki, özünü dünyada “müsəlman təəssübkeşi” qiyafəsində təqdim etmək istəyən İranın bəzi siyasi dairələri və din xadimləri Ermənistanın təcavüzü nəticəsində qətlə yetirilmiş 30 mindən çox azərbaycanlının, öz yurd-yuvasından didərgin salınmış bir milyona yaxın müsəlmanın hüquqlarını eyni qətiyyətlə müdafiə etmir. Bəyanatda İran onlarla məscidi dağıtmış, Xocalı soyqırımı kimi insanlıq əleyhinə dəhşətli cinayət törətmiş Ermənistanla strateji tərəfdaşlıq münasibətləri qurmaqda, işğalçı dövlətin çökməkdə olan iqtisadiyyatının dirçəldilməsi üçün əlindən gələn köməyi etməkdə ittiham olunur. Aksiya iştirakçıları rəsmi Tehranı işğalçı Ermənistanı dəstəkləmək siyasətindən əl çəkməyə və ədalətin, haqqın və hüququn tərəfində olmağa dəvət ediblər.

876