Dünya Azərbaycanlılarının III Qurultayının keçiriləcəyi vaxt və yer açıqlandı
11 fevral 2011 18:24 (UTC +04:00)

Dünya Azərbaycanlılarının III Qurultayının keçiriləcəyi vaxt və yer açıqlandı

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcəklər.

Bundan başqa, milliyətcə azərbaycanlı olmayan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır. Toplantıda Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlər müzakirə olunacaq, eyni zamanda Azərbaycan diasporunun müasir dövrdə qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsində Dünya Azərbaycanlılarının III Qurultayının təşkili ilə bağlı Tədbirlər Planı hazırlanıb və İşçi Qrup yaradılıb. Qurultaya hazırlığın gedişi ilə bağlı kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat veriləcək.
# 599

Oxşar yazılar