Altı müxalifət partiyasının liderinin görüşdüyü təsdiqləndi
11 fevral 2011 17:03 (UTC +04:00)

Altı müxalifət partiyasının liderinin görüşdüyü təsdiqləndi

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu fevralın 10-da axşam saatlarında Azərbaycanın altı müxalifət partiyasının sədrləri mətbuatdan xəbərsiz görüş keçirdiyini təsdiqləyib.

Sərdar Cəlaloğlu Lent.az-a açıqlamasında bildirib ki, görüşdə müxalifətin inteqrasiyası və Qarabağ və Respublika Hərəkatının bərpası məsələləri müzakirə olunub.

Sərdar Cəlaloğlu partiya sədrlərinin bu istiqamətdə müzakirələri davam etdirmək qərarına gəldiklərini söyləyib. O, növbəti müzakirələrin nə vaxt keçirilməsinin də hələ müəyyənləşmədiyini qeyd edib. ADP sədri görüşdə hər hansı gərginlik yaşanmadığını da vurğulayıb.

Liberal Partiyasının sədri Əvəz Temirxan görüşlə bağlı danışmaq istəməyib.

Qeyd edək ki, Lent.az-ın əldə etdiyi məlumata görə, dünən paytaxtın tanınmış məkanlarından birində baş tutan görüşdə Qarabağ və Respublika Uğrunda Hərəkatı bərpa edən ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, LiberaL Partiyanın sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, bundan başqa, hərəkata qoşulacaqları gözlənilən Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli iştirak ediblər. Görüşdə mübahisə doğuran epizodlar da olub. Mənbənin məlumatına görə, partiya sədrlərinin biri mübahisə nəticəsində görüşü yarımçıq tərk etmək istəsə də, sonradan ara sakitləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014

Oxşar yazılar